Ukrayna Rusiyanın böyük neft emalı zavodunu vurub | VİDEO

 Ukrayna Rusiyanın böyük neft emalı zavodunu vurub    | VİDEO
  04 Oktyabr 2025    Oxunub:705
Oktyabrın 4-nə keçən gecə pilotsuz təyyarələr Rusiyanın ən böyük neft emalı zavodlarından birinə - Leninqrad vilayətinin Kirişi şəhərindəki “Kirişinefteorqsintez” neft emalı zavoduna (KINEF) hücum edib.
AzVision.az xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko sənaye zonasında yanğının söndürüldüyünü açıqlayıb. O, ümumilikdə yeddi PUA-nın məhv edildiyini bildirib.

"SHOT" Telegram-kanalı yerli sakinlərə istinadən xəbər verir ki, Moskva vaxtı ilə səhər saat 3:00 radələrində şəhərin üstündəki səmada parıltı və partlayışlar görünüb.

“Surqutneftegaz” şirkətinə məxsus Kirişi Neft Emalı zavodu ildə 20 milyon tondan çox istehsal gücü ilə Rusiyanın ən böyük 10 neft emalı zavodundan biridir. Daha əvvəl də müəssisə dron hücumlarının hədəfi olub.

“Çerniqovoblenerqo” strukturuna istinad edən Ukrayna mediası, oktyabrın 4-nə keçən gecə Rusiya ordusunun, öz növbəsində, Ukraynanın Çerniqov vilayətində enerji sisteminə yenidən hücuma keçdiyini yazır.

“Hücum nəticəsində bir neçə mühüm enerji təchizatı obyektinə ziyan dəyib. Enerji kəsintiləri təxminən 50 min istehlakçıya təsir göstərib. Elektrik şirkətləri artıq bərpa işlərinə başlayıb”, - mэlumatda deyilir.

Açıqlamada bildirilir ki, Rusiyanın bölgədəki kritik infrastrukturun kütləvi şəkildə bombalanmasından sonra regionun elektrik şəbəkəsində ümumi vəziyyət kritik olaraq qalır. Nəticədə oktyabrın 1-dən rayonda elektrik enerjisinin verilməsində ciddi fasilələr qrafiki tətbiq edilib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zavod  



Xəbər lenti